05 May 2024
Pakistan İsraillə əlaqələri yaxşılaşdırmağa çalışır? - RƏSMİ AÇIQLAMA

Pakistan İsraillə əlaqələri yaxşılaşdırmağa çalışır? - RƏSMİ AÇIQLAMA

01 İyul 2021
Baxış: 545

Pakistan Xarici İşlər Nazirliyi Baş nazir İmran Xanın sabiq sözçüsü Seyid Zülfüqar Buharinin İsrailə səfər etdiyinə dair iddiaları rədd edib.

AJMEDİA.İNFO xəbər verir ki, Pakistan XİN-in sözçüsü Zahid Hafiz Çaudri bu barədə yayılan xəbərlərin əsassız olduğunu bəyan edib.

Sözçü deyib ki, İmran Xanın sabiq sözçüsü İsrailə səfər etməyib və orada hər hansı bir danışıqlar aparmayıb.

Diplomat əlavə edib ki, rəsmi İslamabadın İsrail-Fələstin məsələsində mövqeyində dəyişiklik yoxdur.(teleqraf)