05 May 2024
Ordumuzdan əks-həmlə: Paşinyanın səsini almışıq, astadan danışır

Ordumuzdan əks-həmlə: Paşinyanın səsini almışıq, astadan danışır

27 Avqust 2021
Baxış: 634

“İranlılarla ermənilər Azərbaycan ordusunun bağladığı Qafan-Gorus yoluna alternativ xətt çəkməyə başlayıblar”.

AJMEDİA.İNFO teleqraf-a istinadən xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert bölgədəki son duruma diqqət çəkib: “Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinin bağlanması Ermənistanla İran arasında quru əlaqəsini demək olar ki kəsib. 10 noyabr bəyanatından sonra Azərbaycan bütün tərəflərə yeni nəqliyyat- kommunikasiya və iqtisadi layihələr təklif etdiyi vaxt İran bu yol vasitəsilə həm Ermənistana, həm də Laçın dəhlizini keçərək Xankəndinə hərbi məqsədli yüklər daşıyırdı.

Paşinyan da öz növbəsində, Zəngəzur dəhlizi məsələsində vaxt aparmaq ilə məşğul idi. Azərbaycan bu addımıyla səbrinin tükənməz olmadığını göstərdi. Əlbəttə iranlılarla ermənilər bu yola alternativ xətt çəkmək fikrindədirlər, işlər də başlayıb. Amma o yolun İrəvana aparacağı yüklər çətin relyefdən keçəcək. Laçından isə uzaq qalacaq”.

Zaur Məmmədov Ermənistan Baş naziri Nikol Paşinyanın son olaylara münasibətinin də kifayət qədər “yumşaq” olduğunu bildirib.

Ekspert 44 günlük müharibədə məğlub olan Ermənistan hökumət başçısının son açıqlaması ilə Azərbaycandan çəkinməsinin diqqətdən yayınmadığını söyləyib: “Paşinyanın səsini almışıq, astadan danışır. Paşinyan Azərbaycan hərbçilərinin Gorus-Qafan yolunu bağlamasından danışıb. Paşinyan bu barədə ölkə parlamentində bildirib ki, avqustun 25-də axşamdan Azərbaycan hərbçiləri yolun SSRİ xəritələrinə əsasən Sovet Ermənistanının ərazisi olmayan ərazidən keçən 21 km-lik hissəsini hərəkət üçün bağlayıblar. Paşinyan həmçinin bildirib ki, Ermənistan məsələni kökündən həll etmək niyyətindədir. Belə ki, onun sözlərinə görə, Qafan-Ağvani yolunun modernləşdirilməsi işləri sürətlə icra olunur.

Paşinyan bilməlidir ki, əgər kimlərinsə təhriki ilə erməni hərbçiləri hər hansı bir coğrafiyada bizə qarşı təxribat törədərlərsə, bunun ağır nəticəsini Ermənistanın özü görəcək. Azərbaycanın şərtləri təcili yerinə yetirilməlidir”.

Qeyd edək ki, ötən gün erməni hərbçilərinin əsgərimizi yaralamasından sonra Azərbaycan ordusunun Gorus-Qafan yolunu bağlaması haqda məlumat yayılıb.