04 May 2024
Operativ Qərargah yeni MƏLUMAT YAYDI

Operativ Qərargah yeni MƏLUMAT YAYDI

29 Dekabr 2021
Baxış: 488

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 157 vaksin vurulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 908, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 659, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 590 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 286 004, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 163 947, ikinci mərhələ üzrə 4 669 820 nəfər təşkil edir.

Ümumilikdə isə 1 452 237 “buster” doza vurulub.