04 May 2024
“Ondan bu iki sözü eşitmək istəyirəm” - Zelenskinin xanımı

“Ondan bu iki sözü eşitmək istəyirəm” - Zelenskinin xanımı

22 May 2022
Baxış: 375

Ukraynanın birinci xanımı Alyona Zelenskaya Ukraynada müharibə başlayandan bəri həyat yoldaşını, Prezident Vladimir Zelenskini demək olar ki, görmədiyini bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, Zelenskaya müharibənin başladığı anı dəhşətlə xatırladığını deyib.

Onun sözlərinə görə, fevralın 24-də pəncərədən kənarda qəribə səslərə oyanıb. Gözlərini açanda həyat yoldaşını görməyib. Birinci xanım onu qonşu otaqda tapıb və orada ondan bu dəhşətli sözləri eşidib: “Müharibə başladı”.

Zelenskaya deyib ki, həyat yoldaşından hər bir ukraynalı üçün çox vacib olan iki söz eşitmək arzusundadır: “Müharibə bitdi”.

“Bu sözləri mənə deyəcəyini gözləməklə yaşayıram. Anlayıram ki, bunu eşidən ilk mən olmaya bilərəm, amma bunu heç olmasa televiziyadan eşitmək istəyirəm”, - Zelenskaya bildirib.(teleqraf)