XƏBƏRDARLIQ! Bu gündən başlayaraq...
10 saat əvvəlOktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək
31 Avqust 2020
Baxış: 1208
Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikası Ali Şurasına seçkiləri çağırıb. AJM-nın yerli bürosu xəbər verir ki, Gürcüstan prezidentinin bu gün imzaladığı fərmana əsasən 31 oktyabr tarixində ölkə ərazisində seçkilər keçiriləcək.
Qeyd edək ki, bu il Gürcüstanda parlament seçkiləri qarışıq sistemlə (120 deputat proporsional, 30 deputat majoritar) keçiriləcək. Seçkilərdə 40%-dən çox səs ala bilməyən partiya təkbaşına hökumət qura bilməyəcək, seçki baryeri isə 1% təşkil edəcək.