03 May 2024
"O, Putinə Zelenskini və məni məhv edəcəyinə dair SÖZ VERİB" - Ukrayna rəsmisi SİRRİ AÇDI

"O, Putinə Zelenskini və məni məhv edəcəyinə dair SÖZ VERİB" - Ukrayna rəsmisi SİRRİ AÇDI

21 Aprel 2022
Baxış: 578

Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya işğalı planlaşdırarkən Rusiya diktatoru Vladimir Putinə Ukrayna prezidenti Volodimir Zelenskini və məni məhv edəcəyinə söz verib.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Radio NV" yə müsahibəsində deyib.

"Plan fevralın 3-də Putinin səfəri zamanı Kadırov tərəfindən alınıb. Bu görüşdə prezidentimizin aradan qaldırılması planı razılaşdırılıb və Kadırov öz qrupunun bunu edəcəyinə söz verib", - Danilov deyib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi müsahibəsində Ukrayna kəşfiyyatının “bu proseslərə nəzarət etdi"yini xüsusilə vurğulayıb.

"Fevralın 26-da ölkəmizə 3 qrup daxil olub. Fevralın 24-də yox, çünki iki gündür gözləyirdilər ki, paytaxtın mərkəzi məhəlləsində yaşıl dəhliz verilsin. Biz hər üç qrupa nəzarət etdik. Onlardan biri bizim hərbçilər tərəfindən məhv edilib. Hazırda həmin qruplardan biri bu gün Donetsk vilayətində, digəri Mariupol şəhərindədir”, - deyə Danilov bildirib.