03 May 2024
Nyu-Yorkda koronavirusdan ölənlərin sayı uzun müddətdən sonra ən aşağı həddə enib

Nyu-Yorkda koronavirusdan ölənlərin sayı uzun müddətdən sonra ən aşağı həddə enib

27 May 2020
Baxış: 386

ABŞ-ın Nyu-York ştatında son bir sutkada koronavirus qurbanlarının sayı 73 nəfər təşkil edib, bundan bir gün əvvəl isə bu rəqəm 96 olub.

AJM “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib.

“Xəstəxanalara yerləşdirilənlərin sayı azalır, süni tənəffüs aparatına ehtiyac duyanların sayında da azalma var. COVID-19 infeksiyasına yoluxanların sayı ən aşağı həddə qədər enib – cəmi 200 nəfər. Dünyadan köçənlər isə 73 nəfərdir. Bu, indiyədək müşahidə etdiyimiz ən aşağı göstəricidir”, - Kuomo belə deyib.

Ştatda ümumilikdə koronavirusdan 23 488 nəfər ölüb.

Teqlər: Nyu-York