05 May 2024
Nigeriyada ABŞ konsulluğunun karvanına hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Nigeriyada ABŞ konsulluğunun karvanına hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

18 May 2023
Baxış: 401

Nigeriyanın cənub-şərqində naməlum şəxslərdən ibarət silahlı qrupun ABŞ konsulluğu və polis əməkdaşlarının olduğu avtomobil karvanına hücumu zamanı ölənlərin sayı 7 nəfərə çatıb.

Bu barədə Anambra ştatının polis rəisi Eçenq Eçenq bildirib.

“ABŞ konsulluğunun üç personal üzvü və dörd polis əməkdaşı öldürülüb. Daha iki nəfər qaçırılıb, onların axtarışı aparılır”, - polis rəisi diqqətə çatdırıb.

Daha əvvəl dörd nəfərin öldüyünü açıqlamışdı.

ABŞ rəsmilərinin verdiyi məlumata görə, karvanda Amerika vətəndaşı olmayıb. Maşınlarda doqquz nəfər olub.

Teqlər: