04 May 2024
Netanyahu: “Düşmənə öldürücü zərbə endiriləcək”

Netanyahu: “Düşmənə öldürücü zərbə endiriləcək”

20 Oktyabr 2023
Baxış: 417

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin düşmənlərə öldürücü zərbə vuracağını açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb .

Məlumatda qeyd olunur ki, Nazirlər Kabinetinin rəhbəri bunu Qəzza zolağı ilə sərhəd yaxınlığında yerləşən Qolani piyada briqadasının əsgərləri ilə görüşündə deyib:

"Bütün İsrail sizinlədir və biz qələbə qazanmaq üçün düşmənlərimizə güclü zərbə vuracağıq".

Netanyahunun sözlərinə görə, İsrail böyük qələbəyə doğru gedir.

Qəzet həmçinin qeyd edir ki, son günlər bir neçə yüksək vəzifəli İsrail rəsmisi İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri görüşlər keçirib. Xüsusilə, Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaron Finkelman hərbçilərə quru əməliyyatının “mürəkkəb, uzun və gərgin” olacağını deyib.

Bundan əvvəl İsrailin keçmiş baş naziri və keçmiş müdafiə naziri Ehud Barak bildirib ki, İsrail ordusu yaxın günlərdə Qəzza zolağında quru əməliyyatı keçirməyi planlaşdırır. Onun sözlərinə görə, belə bir əməliyyat İsrail hərbçiləri üçün çətin olacaq.(Sfera.az)