05 May 2024
Nəsrullah İsrailə: qətl üçün qətl

Nəsrullah İsrailə: qətl üçün qətl

30 Avqust 2020
Baxış: 1153

Hizbullah Livan hökuməti ilə "yeni bir siyasi müqavilə" nin əleyhinə deyil və İsrail ilə barışıq çağırışlarını qəti şəkildə qınayır.

Bu açıqlamanı şiə təşkilatın lideri Həsən Nəsrullah televiziya müraciəti zamanı söyləyib.

"Livan hökuməti ilə konstruktiv müzakirələrə açıqıq. Ancaq bir şərtimiz var: bu müzakirə müxtəlif Livan fraksiyalarının iradəsi və razılığı ilə aparılmalıdır" deyə bildirib.

Bu vaxt Nəsrullah ənənəvi olaraq İsrail əleyhinə təhdidlər etməyidə unutmayıb.

"Əgər siz bizim insanlardan birini öldürsəniz, biz sizin əsgərlərinizdən birini öldürəcəyik. Bu bir tənlikdir" deyə söyləyib.

Nəsrullah, İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı sülh müqaviləsini qınadığını da təkrarlayıb.

Teqlər: Nəsrullah