04 May 2024
Nasistlər tərəfindən ələ keçirilən Pissarronun əsəri, yəhudi varislərinə qaytarılacaq

Nasistlər tərəfindən ələ keçirilən Pissarronun əsəri, yəhudi varislərinə qaytarılacaq

03 İyul 2020
Baxış: 471

Fransanın Kassasiya Məhkəməsi, II Dünya Müharibəsi əsnasında müsadirə edilən Camille Pissarronun "Yığılan noxud" şəklini yəhudi kolleksiyaçısı Simon Bauerin varislərinə qaytarmaq qərarına gəlib. Bu barədə iyulun 1-də France Info məlumat yayıb.

Rəsm kolleksiyaçı nəvəsi Bauer tərəfindən 2017-ci ildə Paris Marmottan-Monet Muzeyində təşkil edilən sərginin kataloqunda kəşf edilib. Sərgidə rəsm əsərinin indiki sahibləri, 1995-ci ildə Nyu Yorkda Christie's auksionunda 800 min dollara sənət əsərini qazanan amerikalılar Bruce və Robbi Toll tərəfindən təqdim edilib. Amerikanın böyük kolleksiyaçıları olan həyat yoldaşları Toll rəsminin mənşəyi haqqında heç bir şey bilmədiklərini iddia edirlər.

Məhkəmə çəkişməsi 3 il davam edib. 2017-ci ildə, daha sonra 2018-ci ildə məhkəmə Toll həyat yoldaşlarına Vichy'nin əməkdaşlıqçı rejimi tərəfindən edilən bütün müsadirə aktlarını etibarsız elan edərək, 1945-ci il 21 aprel tarixli bir qərara uyğun olaraq, rəsm əsərini varislərə qaytarmağı əmr edib.

Noxud biçimi, Camille Pissarronun 1943-cü ildə Vichy'nin əməkdaşlıqçı rejiminin Yəhudi İşləri Komissarlığının qərarına uyğun olaraq müsadirə edilən Simon Bauerin kolleksiyasındakı 93 rəsmindən biri idi.