04 May 2024
Narkotik alveri ilə məşğul olan dəstə üzvləri saxlanılıb

Narkotik alveri ilə məşğul olan dəstə üzvləri saxlanılıb

28 Mart 2023
Baxış: 470

İtaliyanın hüquq-mühafizə orqanlarının əməkdaşları bazası Sava kommunasında, şəhər qəbiristanlığında yerləşən narkotik alverçilərindən ibarət qruplaşma üzvlərini həbs edib.

Əməliyyat zamanı 19 nəfər saxlanılıb.

Qeyd edilir ki, Sava kommunası qəbiristanlığında cinayətkarlar “qrupun tədarükçüləri və ticarətçiləri ilə görüşlərinin keçirildiyi logistik əməliyyatlar bazasını gözdən uzaq yerləşdiriblər”. Onlar həmçinin qəbiristanlıqda qazancları da bölüşdürüblər, narkotikləri qablaşdırıblar və silah saxlayıblar.

Boş məzardan müstəntiqlər üç tüfəng, tapança və patron aşkarlayıblar.

Teqlər: