03 May 2024
Naftali Bennet Misir Prezidenti ilə Şarm-əş-Şeyxdə GÖRÜŞDÜ

Naftali Bennet Misir Prezidenti ilə Şarm-əş-Şeyxdə GÖRÜŞDÜ

13 Sentyabr 2021
Baxış: 551

Misir Prezidenti Abdel Fəttah əs-Sisi İsrailin Baş naziri Naftali Bennetlə sentyabrın 13-də Misirin Şarm-əş-Şeyx kurort şəhərində görüşüb.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə Misirin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli problemlər, Yaxın Şərqdə dinc prosesin dirçəlməsi istiqamətində səylər, eləcə də regional və beynəlxalq arenada son hadisələr müzakirə edilib.

Bu, Sisi ilə Bennet arasında ilk şəxsi görüşdür.

Bundan əvvəl Misir kəşfiyyatının başçısı Abbas Kamel İsrail rəhbərliyi ilə dəfələrlə görüş keçirib. Həmin danışıqlar nəticəsində bu görüş reallaşıb.(Report.az)