03 May 2024
"Müsəlman adlarını qadağan edəcəyəm" - Fransa prezidentliyinə namizəddən SKANDAL AÇIQLAMA

"Müsəlman adlarını qadağan edəcəyəm" - Fransa prezidentliyinə namizəddən SKANDAL AÇIQLAMA

14 Sentyabr 2021
Baxış: 745

2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayan fransız sağçı jurnalist və yazıçı Erik Zemmour İslam dinini və müsəlmanları hədəf alıb.

AJMEDİA.İNFO xəbər verir ki, E.Zemmour qonaq olaraq qatıldığı bir proqramda prezident seçiləcəyi təqdirdə, xüsusilə müsəlman adlarını qadağan etmək üçün ciddi tədbirlər görəcəyini söyləyib.

İrqçi ifadələr səsləndirən Zemmour "bir fransızın oğluna Məhəmməd deməyə haqqı olmayacaq. Müsəlmanlara yeni doğulan övladlarına Məhəmməd adını qoymağı qadağan edəcəyik", - deyə bildirib.(Sfera.az)

Teqlər: