04 May 2024
Müşaviri baş naziri “nasist” adlandırıb istefa verdi - Avropada QALMAQAL

Müşaviri baş naziri “nasist” adlandırıb istefa verdi - Avropada QALMAQAL

27 İyul 2022
Baxış: 417

Macarıstan Baş naziri Viktor Orbanın müşaviri Zsuzsa Hegedus baş nazirin ötən həftə “Biz qarışıq irqlər istəmirik” çıxışının “tam nasist mətni” olduğunu bəyan edərək istefa verib.

AJMEDİA.İNFO xəbər verir ki, 20 ildir Orbanla birlikdə olan Hegedus baş nazirə ünvanladığı istefa məktubunda onun istifadə etdiyi ifadələrin Cozef Göbbelsin "ağzına layiq" dəqiq nasist mətni olduğunu bildirib.

Orban ötən həftə çıxışında deyib ki, Avropa xalqları bir-biri ilə qarışmaqda sərbəstdirlər, lakin avropalı olmayanlarla qarışmamalıdırlar.

Orbanın sözçüsü mətbuatın çıxışı təhrif etdiyini bəyan edib.


Müşavirinin məktubuna cavab verən Orban hökumətinin antisemitizm və irqçiliyə tolerantlığının sıfır olduğunu deyib.

Orbanın açıqlamaları Macarıstanda bəziləri tərəfindən sərt şəkildə tənqid olunsa da, onu şövqlə müdafiə edənlər də var.(teleqraf)