04 May 2024
Müəllim və həkimlərin maaşı ARTACAQ – Deputat vaxtı AÇIQLADI

Müəllim və həkimlərin maaşı ARTACAQ – Deputat vaxtı AÇIQLADI

19 Yanvar 2023
Baxış: 474

Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra müəllim və həkimlərin maaşları ilə bağlı məsələ daha çox maraq obyekti olub.

AJMEDİA.İNFO-nun məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı-deputat Vüqar Bayramov xatırladıb ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqqlarında artımlar artıq reallaşıb:

“Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əməkhaqqları son artımlara aid olundu. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əməkhaqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əməkhaqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki heç bir sektorda minimum əməkhaqqı məbləğindən az maaş verilə bilməz”.

Millət vəkili sözügedən sahələr üzrə maaş artımı ilə bağlı gözləntilərdən də söz açıb:

“Hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən, dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir”.