04 May 2024
Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edildi - FOTO

Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edildi - FOTO

08 Dekabr 2021
Baxış: 787

Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.

AJMEDİA.İNFO xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam rayon sakini Elbəyi Qarayevin testinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də karantin rejiminin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. RPŞ-nin əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilərək müalicə aldığı ünvana geri qaytarılıb.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun Şərq qəsəbə sakini Qorxmaz Əliyevin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Saxlanılan şəxsin polis əməkdaşları tərəfindən müalicə aldığı ünvana qaytarılması təmin edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakini Yaşar Əmrullayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarıb.

Faktlarla bağlı araşdırma aparılır.