04 May 2024
MN: Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var

MN: Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var

12 İyul 2020
Baxış: 435

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJM-ya verilən məlumata görə, hər iki tərəfdən itki var.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.

Teqlər: MN