05 May 2024
Milli Məclisdə onlara yeni vəzifə verildi - FOTO

Milli Məclisdə onlara yeni vəzifə verildi - FOTO

06 Yanvar 2022
Baxış: 488

Milli Məclisin strukturunda dəyişiklik həyata keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, parlamentdə yeni Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektoru yaradılıb. Həmin sektora 1989-cu il təvəllüdlü Kənan Axundov təyin edilib.

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin deputat köməkçiləri ilə iş sektorunun müdiri Elşad İsmayılov isə vəzifəsindən azad edilib. Onun yerinə 1984-cü il təvəllüdlü Ruslan Hacıyev adıçəkilən sektora müdir təyin edilib.

Parlamentdə onlara yeni vəzifə verildi