03 May 2024
Millət vəkilinin qardaşı kliniki ölüm keçirdi - FOTO

Millət vəkilinin qardaşı kliniki ölüm keçirdi - FOTO

21 Dekabr 2022
Baxış: 416

Deputat Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanski komaya düşüb.

AJMEDİA.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət öncə onun səhhətində ciddi problemlər yaranıb və o, kliniki ölüm keçirib. Həkimlərin müdaxiləsindən sonra onu həyatda saxlamaq mümkün olub. Hazırda Y.Naxçıvanskinin Oğuzda ev şəraitində komada saxlanıldığı bildirilir.

Qeyd edək ki, Yusif Naxçıvanski uzun illər Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. Bu ilin iyununda təqaüdə göndərilib.

Aqiyə Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ dairəsindən deputat seçilib. O, Müəllimlər İnstitutunun keçmiş rektoru olub.