05 May 2024
Mikayıl Cabbarov İsrailin XİN rəhbəri ilə görüşüb

Mikayıl Cabbarov İsrailin XİN rəhbəri ilə görüşüb

18 Aprel 2023
Baxış: 349

Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv layihələr barədə müzakirələr aparılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Tvitter hesabında yazıb.

Nazir bildirib ki, Azərbaycan-İsrail Birgə Komissiyasının İsrail tərəfdən həmsədri, İsrailin xarici işlər naziri Eli Kohen ilə görüşüb.

"Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafını məmnunluqla vurğuladıq", - M.Cabbarov qeyd edib.axar.az