03 May 2024
Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçildi

Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçildi

08 Dekabr 2021
Baxış: 487

Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsi 2018-ci ildə keçmiş vergilər naziri Fazil Məmmədovun istefa verməsindən sonra vakant idi. Qurumun prezident əvəzi funksiyasını Namiq Əliyev yerinə yetirirdi.