04 May 2024
Məşhur müğənni vəsiyyət etdi: “Siyasətçilər dəfnimə gəlsələr, daşlayın!”

Məşhur müğənni vəsiyyət etdi: “Siyasətçilər dəfnimə gəlsələr, daşlayın!”

17 Fevral 2023
Baxış: 457

Türkiyəli məşhur müğənni Yıldız Tilbe vəsiyyətini açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, sosial şəbəkələrdən aktiv şəkildə istifadə edən ifaçı bu barədə məlumatı da özünün “Twitter” hesabında paylaşıb.


Müğənni dəfn mərasiminə heç bir siyasətçinin buraxılmamasını istəyib.

“Allah hamınıza uzun və sağlam ömür versin. Burda deyim, vəsiyyət olaraq vəkilimə də tapşırıram. Mən öləndə dəfnimə bir nəfər də olsun siyasətçinin gəlməsini istəmirəm. Dəfnimə gələndə cibinizə metal pul boyda daşlar qoyun, siyasətçilər gələrsə, daşlayın. Getməsələr, özüm ayağa qalxaram, inşallah. Bəlkə bir neçəsini də özümlə apararam. Onların heç birini istəmirəm”, - deyə Yıldız Tilbe yazıb. (Sfera.az)