04 May 2024
Məşhur müğənni səhnədə çıxış edərkən öldü - VİDEO

Məşhur müğənni səhnədə çıxış edərkən öldü - VİDEO

18 Oktyabr 2022
Baxış: 382

Haitili müğənni Mikaben (Maykl Benjamen) Parisdə konsertdə çıxışı zamanı dünyasını dəyişib.

AJMEDİA.İNFO “The Guardian”a istinadən xəbər verir ki, 41 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.

Təşkilatçıların sözlərinə görə, səhnədə halı pisləşən artist çıxışa doğru getməyə başlayıb və orada yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb.