04 May 2024
"Mən sizə rüşvətxorluqla mübarizənin yolunu göstərəcəm, siz həmin 30 min manatı..." - Tanınmış iqtisadçıdan nazir Sahil Babayevə

"Mən sizə rüşvətxorluqla mübarizənin yolunu göstərəcəm, siz həmin 30 min manatı..." - Tanınmış iqtisadçıdan nazir Sahil Babayevə

25 Noyabr 2021
Baxış: 576

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu “Ekvita Consulting” MMC şirkəti ilə 30 min manatlıq xidmət müqaviləsi bağlayıb. Şirkət nazirliyə “korrupsiya və rüşvətxorluqla mübarizənin yolları” haqqında məsləhət xidmətləri göstərəcək. Hörmətli Sahil müəllim, lütfən həmin 30 min manatı ehtiyacı olan 30 ailəyə yardım kimi paylayın, əmən sizə rüşvətxorluqla mübarizənin əsas sirrini pulsuz-parasız deyəcəm, hazırsınız?!”

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib: “Diqqətlə dinləyin, ətrafınıza da deyin, rüşvətxorluqla mübarizənin əsas yolu nə özünüzün, nə də ətrafınızın bu işlə məşğul olmamasıdır, vəssəlam. Məsələ həll olundu, indi müqaviləni ləğv edin və 30 mini ehtiyacı olanlara paylayın”.