04 May 2024
Məleykə Abbaszadə Ramin Bayramlını özünə müşavir təyin edib? - AÇIQLAMA

Məleykə Abbaszadə Ramin Bayramlını özünə müşavir təyin edib? - AÇIQLAMA

26 Yanvar 2022
Baxış: 668

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlının Dövlət İmtahan Mərkəzində yeni vəzifəyə təyinat alması ilə bağlı məlumat yayılıb. Onun müşavir vəzifəsinə təyin edildiyi qeyd olunub.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Manset.az-a özəl açıqlama verib:

“Ramin Bayramlını özümə müşavir təyin etməmişəm. Mənim bir müşavirim var. Onu işdən çıxarmamışam ki, yerinə kimisə təyin edim. Adıçəkilən şəxs DİM-də qeyd olunan vəzifəyə təyinat almayıb”.