04 May 2024
Meksikada qeydə alınmış güclü zəlzələ zamanı ölənlərin sayı 6-ya çatıb

Meksikada qeydə alınmış güclü zəlzələ zamanı ölənlərin sayı 6-ya çatıb

24 İyun 2020
Baxış: 369

Meksikada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

AJM “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Meksikanın Oaxaka ştatının Mülki Müdafiə İdarəsi məlumat yayıb.

“Ştat ərazisində 6 nəfərin öldüyü təsdiqlənib, 4 nəfər xəsarət alıb. 3 federal və 5 regional avtomagistrallar dağılıb, tikinti sahələrində 500, tibb mərkəzlərində 15, eləcə də arxeoloji zonalarda 4 nəfər xəsarət alıb”, - idarənin “Twitter” səhifəsində belə deyilir.

***

Saat 04:04

Meksikada baş vermiş güclü zəlzələ nəticəsində 5 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.

AJM “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Oaxaka ştatının qubernatoru Alexandro Murat məlumat verib. Bundan qabaq Meksikanın Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyi dörd ölüm faktının olduğunu bildirmişdi.

Bütün ölüm halları zəlzələnin episentri olan Oaxaka ştatının ərazisində qeydə alınıb. Həmçinin Mülki Müdafiə üzrə Milli İdarə 30-dan çox yaralının olduğunu bildirib.

Yeraltı təkanlar ölkənin cənubunda beş xəstəxanaya ciddi ziyan vurub, onların fasadı və konstruksiyası zədələnib. Dağıntılar nəticəsində 190 saylı federal yolun iki hissəsi bağlanıb, Oaxaka-Poçutla şosesində hərəkət dayanıb.

İkskoteledə kilsəyə, həmçinin Santa-Lusia-del-Kaminoda hökumət binası və bələdiyyə bazarına ziyan dəyib.

Zəlzələ ölkənin 11 ştatında hiss olunub. Ancaq onların doqquzunda ciddi fəsadlar barədə məlumat verilməyib.

Qeyd edək ki, zəlzələnin episentri Oaxaka ştatının Krusesita şəhərindən 23 km cənubda yerləşib. Milli Seysmoloji Xidmətin məlumatına görə, yerli vaxtla saat 14:30-dək 447 təkrar təkanlar qeydə alınıb, onlardan ən güclüsü 4,6 maqnitudalı olub.

Teqlər: Meksika