03 May 2024
Meksika səfirliyinə HÜCUM - Diplomatik əlaqələr DAYANDIRILDI

Meksika səfirliyinə HÜCUM - Diplomatik əlaqələr DAYANDIRILDI

06 Aprel 2024
Baxış: 412

Ekvador polisi keçmiş vitse-prezident Xorxe Qlası saxlamaq üçün Meksika səfirliyinə basqın edib.

AJMEDİA.İNFO xəbər verir ki, diplomatik nümayəndəliyə basqın nəticəsində bir neçə diplomat yaralanıb.

Hadisədən sonra Meksika prezidenti Andres Manuel Lopez Obrador Ekvadorla diplomatik əlaqələrin dayandırılması barədə göstəriş verib.

Qeyd olunub ki, Meksika Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.

Məlumata görə, aprelin 5-də Meksika Xarici İşlər Nazirliyi 2023-cü ilin dekabr ayından Kitodakı (Ekvadorun paytaxtı) səfirliyin binasında yaşayan Xorxe Qlasa siyasi sığınacaq verib. Ekvador Xarici İşlər Nazirliyi bu qərarı qanunsuz adlandırıb və məmurun ekstradisiyasını tələb edib. Nəticədə Ekvador polisi səfirliyə basqın edərək keçmiş vitse-prezidenti zorla saxlayıb.

Meksikanın xarici işlər naziri Alisiya Barsena binaya basqın nəticəsində bir neçə diplomatın yaralandığını bildirib. O qeyd edib ki, bu, Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır.//Musavat.com