05 May 2024
Məhəmməd peyğəmbəri təhqir edən din xadiminə ÖLÜM CƏZASI

Məhəmməd peyğəmbəri təhqir edən din xadiminə ÖLÜM CƏZASI

16 Dekabr 2022
Baxış: 391

Nigeriyada Kano əyalətinin Şəriət Məhkəməsi din xadimi Şeyx Əbdülcabar Nasiru Kabaranı Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə edam cəzasına məhkum edib.


AJMEDİA.İNFO xəbər verir ki, məhkəmə sədri İbrahim Şarki-Yola, təhqirin sübuta yetirildiyini deyib.


O, bildirib ki, Kabaranın işlədiyi iki məscid də müsadirə edilib.


Məhkəmə 52 yaşlı Kabaraya qərara etiraz üçün 30 gün vaxt verib.


Qeyd edək ki, özünü Qədiriyyə İslam Hərəkatının lideri və ölkədə dindar biri kimi təqdim edən Kabara bu təhqirə görə 16 iyul 2021-ci ildə saxlanılıb.(bakupost.az)