04 May 2024
Mahir Emreli “Hatayspor”a keçir? - Anasından AÇIQLAMA

Mahir Emreli “Hatayspor”a keçir? - Anasından AÇIQLAMA

05 Yanvar 2024
Baxış: 369

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Türkiyənin "Hatayspor” klubuna keçə bilər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Zaqreb “Dinamo”sunda çıxış edən forvardı hataylıların baş məşqçisi Volkan Demirel sərəncamında görmək istəyir.

Lakin Mahir Emrelinin anası Elnurə Emreli “qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib: “Yazılan xəbərlər həqiqəti əks etdirmir”.