03 May 2024
Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ!

Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ!

22 Aprel 2024
Baxış: 229

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 28 aprel 2024-cü il tarixində keçiriləcək.

Bu barədə AJMEDİA.İNFO-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.