03 May 2024
Maaş və pensiyalar yenidən artırılacaq? - Deputat AÇIQLADI

Maaş və pensiyalar yenidən artırılacaq? - Deputat AÇIQLADI

06 İyun 2022
Baxış: 469

“2022-ci il dövlət büdcəsi haqqında” qanuna yenidən baxılacaq...

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, artıq Maliyyə Nazirliyi tərəfindən müvafiq sənədlər də hazırlanır. Vahid Əhmədovun sözlərinə görə, büdcəyə yenidən baxılması zərurəti neftin dünya bazarındakı qiymətinin artmasından yaranıb.

Büdcə xərclərinə gəlincə isə Millət Vəkilinin fikrincə əsas diqqət işğaldan azad olunmuş ərazilərin təmir-bərpasına və sosial sahəyə ayrılmalıdır.

Qeyd edək ki, cari il üçün dövlət büdcəsinin gəlirləri 28 milyardan manatdan çox, büdcə xərcləri isə 30 milyard manata yaxındır.

AJMEDİA.İNFO mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: