05 May 2024
Lukaşenkodan ŞOK ETİRAF: "Ukraynada xüsusi əməliyyat keçirmişik" - VİDEO

Lukaşenkodan ŞOK ETİRAF: "Ukraynada xüsusi əməliyyat keçirmişik" - VİDEO

08 Aprel 2022
Baxış: 621

“Biz Ukraynada xüsusi əməliyyat keçirmişik”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko qeyd edib ki, əməliyyat Belarus vətəndaşlarını xilas etmək üçün keçirilib:

“İş o yerə çatdı ki, bu əclaflar bizim adamları- həmin vaxt ora gələn maşın sürücülərini ələ keçirməyə başladılar, 500 vaqonumuza həbs qoydular.Mən ukraynalılara xəbərdarlıq etdim ki, bu insanları azad etmək üçün əməliyyat keçirəcəyik.Biz belə bir xüsusi əməliyyat keçirdik və bütün insanları azad etdik”.

Lukaşenko qeyd edib ki, onlar belarusdakı ukraynalılara qarşı heç vaxt pis davranmayıblar:

“Onlar çox risk edirlər.Axı burada səfir başda olmaqla çoxlu ukraynalı var, amma biz onlarla qanuna uyğun, insani davranırıq. Onlar isə (ukraynalılar) özlərini pis apardılar, biz reaksiya verməyə məcbur olduq”.

Qeyd edək ki, Belarus qüvvələrinin Ukrayna ərazisinə hərbi müdaxilə etməsinə dair məlumatlar yayılıb.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Rusiyaya Ukrayna müharibəsində dəstək olan əsas ölkə Belarusdur. Rusiya Belarusdan Ukrayna ərazisiniə raket zərbələri endirib.

(Konkret.az)