03 May 2024
Liviyadakı qədim sinaqoq, İslam dini mərkəzinə çevrilir

Liviyadakı qədim sinaqoq, İslam dini mərkəzinə çevrilir

18 Aprel 2021
Baxış: 1539

Liviyadakı baxımsız qalmış qədim Dar Bişi sinaqoqu, hakimiyyətin icazəsi olmadan İslam dini mərkəzinə çevrilib. Bu barədə Liviya Yəhudiləri Təşkilatından bildirilib.

Liviyadan olan İtalyan yəhudi və Liviya Yəhudi Diasporuna aid insanların maraqlarını təbliğ edən İtalyan Yəhudisi David Qerbi, keçən həftə "MOKED" yəhudi nəşrində bu barədə yazıb.

"Tripolidə hazırda yəhudilər yoxdur və hakimiyyət müxalifətin əlindədir, şübhəsiz ki, xaosdan və yoxluğunuzdan faydalanacaqlar" deyə bildirib. Sahədəki şahidlər, son üç ayda Qerbiyə əyani olaraq foto və video subutlar təqdim ediblər. Bu subutlar, sinaqoqların qanunsuz ələ keçirilməsini göstərir.

Onun sözlərinə görə, Liviyadakı dünya yəhudi təşkilatı "bu çevrilməni dərhal dayandırmağa çağırır və bir gün sinaqoqun bərpa olunacağına ümidlə Tripolidə sinaqoqu buraxmağa çağırıb."