03 May 2024
Lavrov Türkiyəyə səfər edəcək, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edəcək

Lavrov Türkiyəyə səfər edəcək, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edəcək

30 Mart 2023
Baxış: 471

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Məlumata görə, səfər zamanı Rusiya-Türkiyə əməkdaşlığının inkişafı, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, həmçinin Ukraynadakı müharibə və Suriyadakı vəziyyətlə bağlı müzakirələrin aparılması planlaşdırılır.