03 May 2024
La Liqada təcavüz QALMAQALI: Alveşdən sonra Karvalyo da MƏHKƏMƏYƏ VERİLDİ

La Liqada təcavüz QALMAQALI: Alveşdən sonra Karvalyo da MƏHKƏMƏYƏ VERİLDİ

06 Fevral 2024
Baxış: 271

“Betis”in ulduzu Vilyam Karvalyo təcavüzdə ittiham olunub.

AJMEDİA.İNFO bildirir ki, qadın portuqaliyalı yarımmüdafiəçinin Sevilya şəhərinin mərkəzində görüşdükdən sonra ona narkotik maddə verib cinsi zorakılıq etdiyini iddia edib.

O, polisə bildirib ki, bədənində zorakılıq əlamətləri ilə oyanıb və baş verənləri xatırlaya bilmir.

Futbolçu iddialarla bağlı dindirilmək üçün çərşənbə axşamı polis bölməsinə gedib.

"Barselona"nın keçmiş ulduzu Dani Alveşin məhkəməsi isə dünən başlayıb. O da 2022-ci ilin dekabrında gecə klubunda bir qıza cinsi zorakılıq tətbiq etməkdə ittiham olunur.(Sfera.az)