03 May 2024
Kürdəmirdə küçəni kimlər zibilliyə çevirir? - VİDEO

Kürdəmirdə küçəni kimlər zibilliyə çevirir? - VİDEO

11 Dekabr 2021
Baxış: 590

Soltan Şıxəliyev küçəsi ərazisi və əhalisi baxımından Kürdəmirin ən böyük küçələrindən hesab olunur.

AJMEDİA.İNFO xəbər verir ki, Burada 150-yə yaxın ailənin 500-dən çox üzvü məskunlaşıb. Lakin küçənin əhatə etdiyi yollar boyu bir neçə hissədə toplanan qalaq-qalaq məişət tullantıları zibilliyi xatırladır.

Əksər yerlərdə zibil qablarının olmaması tullantıların yol kənarına atılması ilə nəticələnib. Bu da küçə boyu hərəkət edən avtomobillərə və piyadalara çətinliklər yaradır. Yaranmış antisanitar vəziyyət ətrafa pis qoxu yaymaqla yanaşı, həm də sahibsiz itlərin küçəyə axışmasına səbəb olur.

Tullantıların içindən özünə qida qalıqları axtarmaq üçün yığışan itlər sakinlərin rahat və təhlükəsiz gediş-gəlişinə mane olur. Küçə boyunca hərəkət edərkən bu cür tullantı qalıqlarına, demək olar ki, hər 100-150 metrdən bir rast gəlinir. Zibillər ərazidən yığışdırılarkən təmizləmə işləri tam həyata keçirilmədiyindən çox keçmir ki, eyni vəziyyət təkrarlanır. Zibil qablarının çox az olması da tullantıların ətrafa yayılmasına şərait yaradır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Teqlər: Kürdəmir