04 May 2024
Küləkli hava şəraiti BU TARİXƏDƏK DAVAM EDƏCƏK

Küləkli hava şəraiti BU TARİXƏDƏK DAVAM EDƏCƏK

14 Mart 2023
Baxış: 407

“Azərbaycan ərazisində hazırda müşahidə olunan küləkli hava şəraiti martın 15-i gecə saatlarında mülayimləşəcək”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, martın 15-i gün ərzində paytaxt Bakı və bölgələrdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək: “Mülayim cənub küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, ilkin məlumata görə yaxın iki gün ərzində hava şəraitində ciddi dəyişiklik gözlənilmir.