04 May 2024
“Küçədən gələni küçənin köməyi ilə qovmaq lazımdır” – Koçubayevdən Paşinyana qarşı ÇAĞIRIŞ

“Küçədən gələni küçənin köməyi ilə qovmaq lazımdır” – Koçubayevdən Paşinyana qarşı ÇAĞIRIŞ

26 Noyabr 2021
Baxış: 744

“Hörmətli həmvətənlər! sizi üç il aldatdılar. Biz heç də demokratik cəmiyyət deyilik. Mən “diktatura cəmiyyətiyik” fikrindən uzağam. Ermənistanda sadəcə 3 ildir ki, axmaqlıq hökm sürür”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu vəkil Aleksandr Koçubayev “Ermənistan” fraksiyasının “Sərhədlərin delimitasiyası və demarkasiyası problemləri” mövzusunda təşkil etdiyi dinləmələrdə çıxış edərkən deyib:

“Bu axmaqları heç bir konstitusiya qərarı maraqlandırmır. Onlar konstitusiya qərarını icra etməyə gəlməyiblər. Ermənistanın ərazisində düşmənin (Azərbaycan –red) gömrük məntəqəsi var. Məsələn, Qafana səfər üçün bizə kosmonavt lazımdır, çünki alternativ yol o qədər də yaxşı deyil. Əslində bu iqtidar göstərdi ki, hakimiyyəti konstitusion və qanuni yollarla təslim etməyəcək. Bunun ən parlaq sübutu son seçkilər olub. Bircə yol var, küçədən gələnləri küçələrin köməyi ilə qovmaq lazımdır” – deyə Koçubayev fikirlərini tamamlayıb.(Konkret.az)