04 May 2024
KRİTİK QƏRAR: Sərxoş sürücülərin avtomobilləri MÜSADİRƏ OLUNACAQ

KRİTİK QƏRAR: Sərxoş sürücülərin avtomobilləri MÜSADİRƏ OLUNACAQ

07 Mart 2022
Baxış: 507

Volin vilayətində hərbi vəziyyət zamanı sərxoş halda avtomobil idarə edərkən yaxalanacaq sürücülərin avtomobilləri Ukrayna Silahlı Qüvvələrinin xeyrinə müsadirə olunacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

O bildirib ki, bununla bağlı hərbi-mülki idarə hüquq-mühafizə orqanları ilə birgə müvafiq qərar qəbul edib.

“Sülh dövründə qaydalara əməl edilməlidir. Müharibə zamanı bu, həyati əhəmiyyət kəsb etdi” – Geraşenko qeyd edib. (Publika.az)