04 May 2024
"Kiyevi vursalar, güclü cavab alacaqlar - Zelenskidən SƏRT BƏYANAT

"Kiyevi vursalar, güclü cavab alacaqlar - Zelenskidən SƏRT BƏYANAT

23 Avqust 2022
Baxış: 347

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə və Ukraynanın digər şəhərlərinə mümkün raket hücumlarına cavab olaraq nə edəcəklərini açıqlayıb.

AJMEDİA.İNFO UNIAN-a istinadə xəbər verir ki, o, bu barədə polşalı həmkarı Anjey Duda ilə birlikdə keçirdiyi mətbuat konfransında danışıb.

“Gündəlik olaraq təhlükə var. Biz qarşı tərəfin prioritelərini bilirik. Onlar infrastruktur obyektlərinə və ya dövlət qurumlarına zərbələr endirirlər. Rusiya bu zərbələrin sayını artıra bilər. Bizim üçün Kiyevin digər şəhərlərdən fərqi yoxdur. Kiyev vurularsa, cavab Xarkov və Zaporejyedə olduğu kimi olacaq. Qarşı tərəf güclü cavab alacaq”, - o bildirib.(report)