03 May 2024
Kim Çen In nüvə silahı üçün materialların istehsalını artırmağı əmr edib

Kim Çen In nüvə silahı üçün materialların istehsalını artırmağı əmr edib

28 Mart 2023
Baxış: 483

Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə potensialını artırmaq üçün nüvə silahına aid materiallarının istehsalının artırılmasına göstəriş verib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“(Koreya Fəhlə Partiyasının-red) Mərkəzi Komitəsinin nüvə silahlarının sayını artırmaq planını tam şəkildə həyata keçirmək üçün gələcəkdə nüvə silahı tipli materiallarının istehsalını genişləndirmək və güclü nüvə silahlarının istehsalının davam etdirilməsinə təkan vermək lazımdır”, - Kim Çen In deyib.

KXDR lideri həmçinin vurğulayıb ki, suverenliyin qorunması üçün nüvə potensialının inkişafı zəruridir. “Biz nüvə qüvvələrimizin daim gücləndirilməsi üçün səylərimizi davam etdirməliyik”, - o əlavə edib.

Məlumata görə, Kim Çen In ballistik raketlərə nüvə başlıqlarının quraşdırılması üzrə işlərin yoxlanılması zamanı bir sıra açıqlamalar verib.

Teqlər: