04 May 2024
Kəlbəcərdə vəziyyət yenidən GƏRGİNLƏŞDİ - MN-dən YENİ MƏLUMAT

Kəlbəcərdə vəziyyət yenidən GƏRGİNLƏŞDİ - MN-dən YENİ MƏLUMAT

02 May 2022
Baxış: 477

Mayın 1-i saat 13:40-dan 17:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub.

AJMEDİA.İNFO Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.