03 May 2024
Kəlbəcərdə atışma gedir - Nazirlik açıqladı

Kəlbəcərdə atışma gedir - Nazirlik açıqladı

01 May 2022
Baxış: 818

Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.
AJMEDİA.İNFO xəbər verir ki , bu barədə Müdafiə Nazirliyi xəbər verir.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. AMİA.az