05 May 2024
Kanada Rusiya diplomatlarını ölkədən çıxarmaqdan İMTİNA ETDİ

Kanada Rusiya diplomatlarını ölkədən çıxarmaqdan İMTİNA ETDİ

08 Aprel 2022
Baxış: 578

Kanada Rusiya diplomatlarını ölkədən çıxarmaq fikrində deyil, çünki bu, ölkənin maraqlarına ziddir.

AJMEDİA.İNFO RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazir Castin Trüdo bəyan edib.

Onun sözlərinə görə, rusiyalıların çıxarılması “güzgü effekti” ilə nəticələnəcək və Ottavanın Moskva ilə əlaqə saxlamasına, həmçinin Rusiyadakı kanadalıları dəstəkləmələrinə mane olacaq.

“Biz çox diqqətli olmalıyıq. Diplomatik məsələlərin yarandığı indiki böhranlı vaxtda Moskvadakı informasiya mənbələrindən məhrum olmaq istəmirik... Rusiya diplomatlarını Kanadadan göndərsək (hansı ki, digər ölkələr və müttəfiqlərimiz ediblər), bu, Moskvadakı diplomatlarımızın itkisinə səbəb olacaq”, - deyə Trüdo bildirib.