05 May 2024
Kamran Əliyev: “Azad edilən ərazilərin hər yerinə prokurorluq əməkdaşları baxış keçirir

Kamran Əliyev: “Azad edilən ərazilərin hər yerinə prokurorluq əməkdaşları baxış keçirir

02 Noyabr 2021
Baxış: 403

“İşğaldan azad edilən ərazilərimizin hər yerinə bizim prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “Real TV”yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

“Texniki vasitələr vasitəsilə, prokurorluq əməkdaşlarının birbaşa iştirakı ilə dağıdılmış evlər, tarixi abidələr, vurulmuş ekoloji cinayətlərə baxış keçiirlib və sənədləşdirilib. Orada foto və videoçəkilişlər aparılıb. Bu, Azərbaycan tərəfinin Ermənistana və Ermənistanın hərbi siyasi rəhbərliyinə, konkret vəzifəli şəxslərinə qarşı irəli sürülən ittihamların əsasını təşkil edəcək. Hesab edirəm ki, həm də bunun başqa bir əhəmiyyəti – tarixi əməmiyyəti var. Növbəti nəslin nümayəndəsi bütün bunlar haqqında bilməlidir və məlumatlı olmalıdır”, - deyə o vurğulayıb.