04 May 2024
Kamerunda toqquşmalar nəticəsində 25 nəfər öldü

Kamerunda toqquşmalar nəticəsində 25 nəfər öldü

09 Dekabr 2021
Baxış: 507

Kamerunun şimalında etnik zəmində baş vermiş toqquşmalar nəticəsində 25 nəfər ölüb.

Bu barədə AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir.

Şoa və musqum xalqları arasında silahlı toqquşma kənd təsərrüfatı torpaqları üstündə baş verib.

İğtişaş nəticəsində bir neçə məhəllədə tikililər yandırılıb. 30 minədək insan qonşu Çadın sərhədini keçərək qaçmağa məcbur olub.

Son zamanlar Kamerunda köçəri şoa xalqı ilə əkinçiliklə məşğul olan musqum xalqı arasında toqquşmaların sayı artıb.

Bundan əvvəl baş verən toqquşma isə avqust ayında baş verib. Həmin vaxt 32 nəfər ölüb.

Teqlər: Kamerun