03 May 2024
Jurnalistin anasının ölümü nəzarətə götürüldü - RƏSMİ

Jurnalistin anasının ölümü nəzarətə götürüldü - RƏSMİ

19 Mart 2024
Baxış: 298

Baş Prokurorluq jurnalistin anasının ölümü ilə bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, dünyasının dəyişən B.Qasımova jurnalist Fərahim Qasımovun anasıdır.