04 May 2024
İxtisas seçimi edərkən diqqətli olun! - Yaxın gələcəkdə... - VİDEO

İxtisas seçimi edərkən diqqətli olun! - Yaxın gələcəkdə... - VİDEO

09 Avqust 2022
Baxış: 353

İxtisas qrupları üzrə universitetlərə qəbul imtahanlarının nəticələri açıqlanıb. Artıq abituriyentlər arzuladıqları peşəyə yıyələnmək üçün seçim mərhələsindədir. Mütəxəssislər ən prestijli və eyni zamanda ən gərəksiz hesab edilən ixtisasları açıqlayıblar.

Abituriyentlərin ixtisas seçimi ən həssas və diqqətli olunmalı mövzulardandır. Sözsüz ki, seçdikləri ixtisas onların karyeralarına və gələcək həyatlarına təsir edəcək. İxtisas seçimində abituriyentlərin diqqət etməli olduğu vacib məqamlar var. Karyera konsultantı Jalə Bənnayeva deyib ki, gənclər seçdikləri ixtisasın dövr üçün nə qədər aktual olduğuna baxmalıdırlar.

Araşdırmalara görə, bir neçə ildən sonra mühasibin işinə ehtiyac qalmayacaq. Mütəxəssis deyir ki, gənclər gələcəkdə robotlaşdırılması mümkünsüz olan sahələrə yönəlməlidir ki, işsiz qalmasınlar.

İxtisas seçimində abituriyentin özünü tanıması böyük rol oynayır. Xarakteriniz, bacarığınız, həvəsiniz və gözləntiləriniz ixtisasın tələb və iş öhdəlikləriylə üst-üstə düşməlidir. Gundem.az