03 May 2024
İtaliyalı diplomat: "Pandemiya problemi yalnız birgə səylərlə həll oluna bilər"

İtaliyalı diplomat: "Pandemiya problemi yalnız birgə səylərlə həll oluna bilər"

04 Noyabr 2021
Baxış: 740

Müxtəlif qlobal təhlükələrin öhdəsindən gəlmək üçün bütün ölkələr səylərini birləşdirməlidir və Azərbaycan da bu prosesin bir parçası ola bilər.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “Report”a VIII Bakı Qlobal Forumunun iştirakçısı, İtaliya prezidentinin sabiq müşaviri, diplomat Antonio Zanardi Landi bildirib.

Diplomatın qənaətincə, heç bir ölkə bütün mövcud problemləri təkbaşına həll etmək iqtidarında deyil:

“Məsələn, Avropa yalnız birgə səylərlə miqrasiya probleminin öhdəsindən gələ bilər. Həmçinin pandemiya, iqlim dəyişikliyi kimi problemləri də yalnız dünya ölkələrinin birgə səyləri ilə həll etmək mümkündür”.